BQXK girovlara baş çəkdi

media-hightechnic-468x90

millixeber_26661Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə fevralın 3-də baş tutub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.

İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

media-ziraat-728x90

BQXK girovlara baş çəkdi

media-hightechnic-468x90

girovl11ar_6385750_dilqem-shahbaz-2Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda yerləşən nümayəndələri girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Bu barədə məlumatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevan ofisinin rəhbəri Zara Amatuni verib.

Ziyarətin yanvarın 16-da baş tutduğu və girovlara yaxınlarından məktubların çatdırıldığı bildirilir. Zara Amatuni bu ziyarətin sayca 8-ci olduğunu da bəyan edib.

Əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev, eləcə də Cəbrayıl sakini Həsən Həsənov 2014-cü il iyun ayının 29-da Kəlbəcər rayonuna gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Həmin vaxt ermənilər Həsən Həsənovu qətlə yetiriblər, digər iki soydaşımıza isə girov olaraq sonradan Xankəndində qondarma məhkəmə qurulub.

Dilqəmə ömürlük, Şahbaza isə 22 illik cəza kəsən ermənilər onları Şuşa türməsində saxlayır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600