Braziliyada sel fəlakəti: 39 nəfər ölüb, 60 nəfər itkin düşdü

media-hightechnic-468x90

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında daşqınlar nəticəsində azı 39 nəfər ölüb, daha 60 nəfər itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə ştat hakimiyyətinə istinadən “CNN Brasil” məlumat yayıb.

Güclü yağışlardan 265 icma zərər çəkib ki, bu da ştatın yarıdan çoxunu təşkil edir. Ümumilikdə təbii fəlakətdən 350 mindən çox insan zərər çəkib.

Xatırladaq ki, Braziliyanın cənubunda yağışlar aprelin 29-da başlayıb. Mayın 1-də Rio Qrande-du-Sul qubernatoru Eduardo Leyte fövqəladə vəziyyət elan edib.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600