Dünya bazarında neftin qiyməti ötəngünkü azalmadan sonra bu günə artımla başlayıb.
Yenicag.az xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,64% artaraq 40,37 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 1,24% artaraq 37,58 ABŞ dolları olub.