Brilyant qaşları gömrükdən qanunsuz keçirmək istədi

media-hightechnic-468x90

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları  brilyant  qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Yenicag.az xəbər verir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman  monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111, 95 karat brilyant qaşlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600