Britaniyalı nazir: "İran dünyanı girov saxlayır"

media-hightechnic-468x90

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Stiven Dauti bildirib ki, London ABŞ-ın İran limanlarını blokadaya almasının tərəfdarı olmasa da, Hörmüz boğazının yenidən açılması üçün ABŞ və digər tərəfdaşlarla əməkdaşlığı dəstəkləyir.

media-banner_tkm

Yenicag.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Nazir deyib ki, dəniz nəqliyyatı boğazdan təhlükəsiz və maneəsiz keçməlidir: “Buraya rüsumların olmaması, təhlükəsizlik risklərinin aradan qaldırılması və əlbəttə ki, naviqasiya azadlığına dair beynəlxalq qanunlara riayət də daxildir”.

O bildirib ki, bu böhran təkcə beynəlxalq gəmiçiliyə təsir göstərmir, həm də xərcləri artırır və regiondan çox uzaqlara qədər enerji bazarlarına və təchizat zəncirlərinə zərbə vurur, nəticədə bütün yük vətəndaşların üzərinə düşür.

“Buna görə də boğaz tam və şərtsiz şəkildə yenidən açılmalıdır. Naviqasiya azadlığı beynəlxalq hüquqa uyğun olaraq bərpa edilməlidir. Gəmiçilik və dənizçilər təzyiq vasitəsi kimi istifadə olunmamalıdır, beynəlxalq boğazlarda rüsum və icazələrə yer yoxdur. Naviqasiya azadlığı o deməkdir ki, naviqasiya azad olmalıdır”, – Dauti qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05