!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşündə sonra təkrarlanacaq "ERMƏNİ SSENARİSİ": "Yalnız məcbur etmək lazımdır"

!Reklam – Yazi

“Təminat vermək olmaz ki, Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirəcək”.

Bu sözləri Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş və danışıqların mümkün nəticəsini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan Ermənistana təzyiqi davam etdirməlidir:

“Görüş Avropa İttifaqının təşəbbüsü ilə keçirilir. Əsas məqsəd ondan ibarətdir ki, Cənubi Qafqazda sülh yaransın, münasibətlər normallaşsın, prosesin həlli Rusiyanın nəzarətindən çıxarılsın. Görüşlərin heç birindən yayınmaq olmaz. Bu görüşdə də Azərbaycan Prezidenti iştirak edəcək.

Gözlənilən odur ki, erməni tərəfi öhdəlik götürəcək. Daha sonra erməni tərəfi Rusiya ilə məsləhətləşəcək, vaxt qazanmağa çalışacaq. Azərbaycan tərəfi isə təzyiqi davam etdirəcək və istəyinə nail olacaq.

“Qisas” əməliyyatı oldu. Bundan əlavə, bəzi yüksəkliklər də Azərbaycanın nəzarəti altına keçdi. Ermənistanı yalnız məcbur etmək lazımdır. Ermənistan cəmiyyəti demoralizə olub. Çox ciddi gərginlik var. Erməni diasporu da nakaut vəziyyətindədir. Fürsətdən istifadə etmək lazımdır. Hadisələrə optimist yanaşıram. Hesab edirəm ki, istəyimiz addım-addım reallaşacaq”.

Səxavət Məmməd

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv