!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu agent ölkəni qarışdırdı: Sevgilisini döydü, sonra… - TƏFƏRRÜAT

!Reklam – Yazi

Britaniya Daxili Kəşfiyyat İdarəsinin (MI5) xarici əsilli agenti britaniyalı sevgilisini təhqir edib və onu ölümlə hədələyib.

Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xarici vətəndaş olduğu bildirilən MI5 məxfi agenti İngiltərə daxilindəki terror təşkilatlarına sızaraq məlumat toplayıb.

Müntəzəm olaraq maaş alan, ən müasir kiçik kameralar və səs yazıcılarından istifadə edən agent Beth adlı britaniyalı qızla tanış olub.

Beth bir müddət sonra onun dəyişdiyini, MI5-dəki gücünü istifadə edərək onu çox sıxdığını, evdən çıxmağa icazə vermədiyini bildirib. Beth sevgilisinin ona casus olduğunu etiraf etdiyini qeyd edib.

Belə ki, ikili arasında yaranan mübahisə davaya çevrilib və agent bıçaqla Bethə hücum edib. Oğlanın əlindən xilas olan qadın evdən qaçaraq polisə gedib və şikayət ərizəsi yazıb.

Hadisə yerinə Britaniya polisi gəlib. X-nin evində aparılan ekspertiza nəticəsində əldə edilən bütün məlumatlar Mİ5-ə verilib. Polis həmçinin Bethin tam ifadəsini qeyd etməyib. Britaniya prokurorluğu da ittihamları rədd edib və o sərbəst buraxıldıqdan sonra evə qayıdıb, Bethə “Əgər çox sual versən, qələmini qırarlar. Öldürüb atarlar”, – deyib.

Agent sonra Bethi evdən qovub və MI6-ya qoşularaq xaricə gedib.

BBC-nin əldə etdiyi məlumata görə, MI5-ə təhvil verilən dəlillərdə X islamçı terrorçulara deyil, İrqçi və Neonasist terror təşkilatlarına sızdığı qeyd edilib. Agent özünü qatı irqçi və nasist kimi təqdim edib. Evində axtarışlar zamanı nasist ikonaları, nasist geyimləri, bıçaqlar və silahlar tapılıb. Onun yəhudilərin qırğını ilə bağlı fikirlərini də qeyd etdiyi dəftər tapılıb. Bütün bunların nasist təşkilatlarına sızmaq üçün istifadə edildiyi bildirilib.

Lakin Britaniya dövləti hadisəni ört-basdır etmək üçün hərəkətə keçib. Həmçinin agentin vəzifəsinə görə saxta şəxsiyyətlərdən istifadə etdiyi və əsl adının yalnız Britaniya dövlətinə məlum olduğu bildirilib.

BBC qeyd edib ki, məhkəmə orqanları və MI5 tərəfindən təzyiqlər edilir və bu xəbərin çıxarılması tələb edilir:

“Hökumət işi məhkəməyə verməklə xəbəri silməyə çalışdı. Biz xəbərləri silmirik. Həmin adam indi xarici kəşfiyyat xidmətində agentdir. Öz korporativ səlahiyyətlərindən istifadə edib. Bu cinayətdir. Bu agent haqqında məlumat ictimaiyyətlə paylaşılmalıdır”. – deyə BBC qeyd edib.

www.yenicag.az

1055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv