Koronavirus pandemiyası ilə mübarizədə həlak olmuş hər bir tibb işçisinin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin müavinətlə təmin olunması təklif edilir.
Yenicag.az xəbər verir ki. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli belə bir təkliflə çıxış edib.
Onun sözlərinə görə, müəyyən forma tapılmalı və qanunvericiliyə uyğun şəkildə həmin həkimlərin əməyi yüksək qiymətləndirilməlidir.
Müşfiq Məmmədli deyir ki, hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan az itki ilə çıxan ölkələrdən oldu. Koronavirusun tüğyan etdiyi vaxtlarda bir çox həkimlərimiz də fədakarlıq edərək canlarını bu yolda qoydular. Onların əməkləri ölkə başçısı tərəfindən dəfələrlə qiymətləndirilib.
Qeyd edək ki, artıq bir sıra ölkələrdə pandemiya ilə mübarizdə dünyalarını dəyişmiş tibb işçilərinin ailələrinə birdəfəlik pul yardımının ödənməsinə başlanıb.
www.yenicag.az