Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək

media-hightechnic-468x90

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək “Reklam haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Qeyd edək ki, yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir.

Uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər “Reklam haqqında” qanunla müəyyən ediləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa