Bu avtobuslar 5 ay sonra fəaliyyətini bərpa edir

media-hightechnic-468x90

157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – “BusTrans” MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 qəpik, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 qəpik təşkil edəcək.

Qeyd edək ki, 503 saylı avtobus bir müddət idi işləmirdi. Sumqayıt şəhəri ilə Abşeron rayonunun Saray qəsəbəsini birləşdirən bu marşrut xəttinin fəaliyyətini dayandırması sakinlərin narazılığına səbəb olmuşdu.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05