Bu dəfə məşəli Aygün Kazımova daşıyacaq-Foto

media-hightechnic-468x90

img1830484Bakı 2015 birinci Avropa Oyunlarının məşəli açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl 5 gün ərzində Bakı şəhərində səfər edəcək. Bu səfər iyunun 7-si başlayır.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, məşəlin Bakıdakı ilk daşıyıcısı xalq artisti Aygün Kazımova olacaq. Müğənninin bu barədə sosial şəbəkədə yazıb:

“Dostlar, bu gün vətənimizdə keçiriləcək ilk Avropa Oyunlarının məşəli paytaxtımıza gəlir. Onu ilk qarşılayan və böyük qürurla o məşəli Bayraq Meydanından mərkəzə aparan mən olacam. Bu statusu yazmaq bir bilsəz necə sevindiricidir! Uğurlar Azərbaycan!”

Qeyd edək ki, Bakı 2015 məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600