“Bu dövlət mənafelərinə ziddir“

media-hightechnic-468x90

llllllllll“Aktiv siyasətlə məşğul olmaq niyyətim yoxdur. Hələ ki, belə bir perspektiv görmürəm”.

Bunu  açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib.

E. Məmmədov ölkədəki ictimai-siyasi vəziyyətə münasibət bildirərkən qeyd edib ki, hazırda Azərbaycanda siyasi fəallıq yoxdur, siyasi mühit qeyri-aktivdir: “Bu gün ölkədə müxalifət, ümumiyyətlə, partiya sisteminin özü böhran keçirir. Bu da dövlət üçün o qədər də yararlı vəziyyət deyil. Yəni, istənilən dövlətdə siyasi qüvvələrin olması, onların formalaşması və fəaliyyəti üçün şərait yaradılması dövlətin mənafelərinə xidmət edir. Bu şərait olmayanda, xarici qüvvələr bundan istifadə etməyə çalışır ki, bu da dövlət mənafelərinə ziddir. Buna görə də siyasi mühit azad, sərbəst şəraitdə fəaliyyət göstərməlidir”.

AMİP lideri son günlər bəzi siyasi partiya sədrlərinin Azərbaycanda AŞPA sədri və Fransa, İsveçrə prezidentləri ilə görüşünə də münasibət bildirib: “Bu tip görüşlər bütün dövlətlərin praktikasında olan şeydir. Ancaq bir siyasi partiya hansısa xarici xadimlə görüşməklə ümidlənirsə, onun perspektivi yoxdur. Yəni, perspektiv kiminləsə görüşməklə deyil, fəaliyyətlə ölçülür”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600