Bu firmaların 13 tondan çox dondurması məhv edildi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

media-banner_tkm

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy” MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05