“…, bu görüşlərdən uduşlu çıxacaq”

media-hightechnic-468x90

50134Bu gün Prezident Administrasiyası şöbə müdiri Əli Həsənovla müxalif partiya sədrlərinin görüşü keçirilib.

Görüşdə iştirak edən Ümid Partiyası sədri, millət vəkili İqbal Ağazadə açıqlamasında görüşü müsbət qiymətləndirdiyini deyib:

“Görüş məsələsi özü pozitiv oldu, ən azı hər iki tərəfin problemləri masa arxasında həll etmək zəruriliyini qəbul etməsi kimi dəyərləndirilə bilər. Bundan sonrakı məsələlərdə dialoqun davam edib-etməməsini hörmətli Əli müəllimin və şöbəsinin məsuliyyəti hesab edirəm. Biz istərdik ki, Azərbaycan problemlərini danışıqlar yolu ilə masa arxasında həll edək, bizə məlum olan problemləri həll edək. Bunun üçün də bu, bir başlanğıc idi. Təklif etdik ki, görüşdən kənarda qalan digər siyasi partiyalar da dəvət edilsin. Birinci görüşdə çox şeyə nail olmaq mümkün deyil, davamlı olacaqsa Azərbaycan cəmiyyəti də, iqtidar da, müxalifət də bu görüşlərdən uduşlu çıxacaq. Bizi narahat edən məsələlərin masa arxasında çözülməsini də öyrənəcəyik”.

Deputat qeyd edib ki, görüşün nəticəsi hakimiyyətin qaldırılan məsələlərə yanaşmasından asılı olacaq: “Biz bizi narahat edən məsələlərlə bağlı hörmətli Əli müəllimə kifayət qədər məlumat verdik. Bunun içində siyasi məhbus məsələsi ən öndə idi və çıxışlarımızda qırmızı xətlə keçirdi. Hesab edirəm ki, Əli müəllim də bunun fərqində oldu. Təsir edib-etməyəcəyi hakimiyyətin proseslərə yanaşmasından asılıdır”(qafqazinfo.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600