Bu gün aprel şəhidinin ad günüdür – Fotolar

Bu gün aprel döyüşlərində şəhid olan gizir Orxan Həmidovun doğum günüdür.

Orxan Həmidov 29 mart 1980-cı ildə Füzuli Rayonu Əhmədalılar kəndində anadan olub. O, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Aprelin 4-ü isə doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub.

Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Yeniçağ.az