Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib.
Yenicag.az xəbər verir ki, ölkə lideri növbədənkənar prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.
Məlumata görə, Ərdoğan İlham Əliyevi Beştəpə sarayında rəsmi mərasimlə qarşılayacaq. Təkbətək və nümayəndə heyətləri arası görüşlərdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər müzakirə olunacaq. Daha sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri sonuncu dəfə noyabrda görüşüblər./unikal
www.yenicag.az