Bu gün Ərdoğanın andiçmə mərasimi olacaq

media-hightechnic-468x90

Bu gün Türkiyədə prezident seçkilərində yenidən qalib gələn Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Şimali Kipr, Qazaxıstan da daxil olmaqla, 20-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Bəzi ölkələri isə XİN rəhbərləri təmsil edəcək.

İnauqurasiya ilə bağlı ilk tədbir Türkiyə Böyük Millət Məclisində keçiriləcək. Daha sonra isə Beştepedə prezident iqamətgahında tədbir təşkil ediləcək.

Bunun ardınca isə, Ərdoğanın Çankaya iqamətgahına gedəcəyi bildirilir. O, burada ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600