!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlkin Süleymanova hökm oxundu - VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılan prosesdə İlkin Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 144.3 maddələrilə təqsirləndirilib.

Məhkəmədən dərhal sonra Nərmin Quliyevanın valideynləri hökmdən narazılıqlarını bildiriblər.

“Bir körpə qatilinə 18 il azıdr”, – Nərminin anası deyib.

***

11:26

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanova hökm oxunacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, artıq İ.Süleymanov məhkəməyə gətirilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdu.

COP29

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv