!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün təyin olunan yeni icra başçıları kimlərdir? – DOSYE

!Reklam – Yazi

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

E. Paşayev 2000-ci ildə Bakı Dövlət Universtitetinin Regionşünaslıq fakultəsinin bakalavr dərəcəsini,2007-ci ildə Regionşünaslıq fakultəsinin magistr dərəcəsini, 2009-cu ildə isə Dövlət İqtisad Universtitetinin maliyyə-kredit fakultəsini bitirib.

E.Paşayev əvvəlki dövrlərdə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası

İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin rəisi və aparat rəhbərinin müavini vəzifələrini icra edib. 

Prezident İlham Əliyev iyunun 23-də imzaladığı “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncama əsasən Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Prezidentin digər sərəncamıyla isə Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əkbər Abbasov daha əvvəl Kənd Təsərrüfatı Nazriliyinin nəzdində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini, daha sonra isə direktoru vəzifəsində çalışıb. Eyni zamanda onun adına 2004-2005-ci illər üçün Prezident təqaüdçülərinin sırasında da rast gəlmək mümkündür.

 

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv