!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, İranın sakit dayanmadığını və Azərbaycana qarşı...” - ŞƏRH

!Reklam – Yazi

“İran Ermənistanın hazırda müxtəlif yollarla silahlandırılmasında iştirak edən dörd ölkədən biridir. Ermənistan ordusunun müasir texnoloji silahlarla təmin edilməsində iştirak edir. Bu da göstərir ki, İran sakit dayanmayıb və Azərbaycana qarşı öz məkrli siyasətini davam etdirir”.

Bunu hazırkı İran-Azərbaycan münasibətlərindən danışan “Cümhuriyyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran Azərbaycanla münaibətlərin bərpa olunmasını istəmir və özünü Ermənistanın vəkili kimi aparır:

“Heç Ermənistan özü-özünə o qədər vəkillik etmir. Təkcə siyasi məsələlərdə deyil, hətta ekoloji məsələdə də Ermənistanın əvəzinə danışır. Azərbaycanın haqlı irad və etirazlarına qarşı çıxır. Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsinə etiraz edən İran bildirir ki, onlar bu çayı ildə bir dəfə monitorinq edirlər və heç zaman radioaktiv çirklənmə müşahidə edilməyib. Bu, sadə bir nümunədir. İranın Azərbaycana qarşı münasibətinin sərhədlərini müəyyənləşdirmək üçün bunu nümunə kimi götürmək olar.

İran Ermənistanın hazırda müxtəlif yollarla silahlandırılmasında iştirak edən dörd ölkədən biridir. Ermənistan ordusunun müasir texnoloji silahlarla təmin edilməsində iştirak edir. Bu da göstərir ki, İran sakit dayanmayıb və Azərbaycana qarşı öz məkrli siyasətini davam etdirir. İlk baxışdan hər şey arxada qalmış görünsə də, bünövrədə heç də elə deyil. İranın strateji xəttində sözlə əməl ayrılığı var. Münasibətlərin normallaşması istiqamətində müxtəlif üsullarla danışıqlar aparsa da, Ermənistana havadarlıq etməkdən geri durmur.

İran mediasının əsas strategiyası Azərbaycanın əleyhinə yazılar tirajlamaqdır. Televiziyaları isə səhərdən-axşama bizə təhqir, hədyan, böhtan yağdırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məlum açıqlamasını İran tərəfi təkzib etməyə çalışsa da, bu, həqiqətdir.

Xameneinin sözçüsü Seyid Həsən Amuli məlum bəyanatdan sonra bildirdi ki, İran öz ərazisindən Naxçıvanla əlaqə saxlamaq üçün istifadə etmək imkanı yaradıb. Biləsuvar və Culfa üzərindən də Azərbaycanla Naxçıvan arasında daşımalar həyata keçirilib. Bunu hamımız bilirik. Amma indi yeni reallıqlar yaranıb və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Naxçıvanla əlaqələrimizin asanlaşması üçün kommunikasiyaların açılması öhdəliyi götürüb. İran isə Zəngəzur dəhlizini özünün qırmızı cizgisi hesab edərək, buna imkan vermək istəmir. Əvəzində öz ərazisindən keçməklə belə bir yol çəkməyə hazır olduğunu bildirir. Bu ideyanın məqsədi isə Azərbaycanı asılı vəziyyətdə saxlamaq və təzyiq imkanlarını artırmaqdır. Təbii ki, İranın sərgilədiyi bu münasibətlər fonunda onsuz da normal olmayan münasibətlərin yenidən gərginləşməsi gözləniləndir. Çünki İranın molla rejimi qərəzkarlıqdan əl çəkmək niyyətində deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv