“Növbəti parlament seçkilərində müasir, vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması bizim diqqətimizdədir”.
Yenicag.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – İcra katibi Əli Əhmədov YAP-ın Siyasi Şurasının bugünkü iclası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.Ə.Əhmədov bildirib ki, söhbət parlamentdə xalqı ən layiqli təmsil edən şəxslərin cəlb edilməsindən gedir.
“Həyata keçirilən islahatların başında bir çox əhəmiyyətli səbəblər dayanır. Azərbaycanda çox savadlı, müasir dünyagörüşünə sahib olan layiqli gənc nəsil formalaşır. Hesab edirəm ki, bu gənc nəslin Azərbaycanın bundan sonrakı inkşafına böyük töhfə verəcəklər. Biz gənclərimizlə qürur duyuruq”, – deyə Ə.Əhmədov bildirib.