Bu ölkədə eston kimi bir biznesmenimiz yoxdur ki… - Rza Drakondan ÜRƏKDAĞLAYAN YAZI
Bu gün milli qəhrəmanlarımız Polad Həşimov və Natiq Qasımovun doğum günüdür. Təəssüf ki, bu günə qədər hər iki qəhrəmanın mübarizə yolu nə Mədəniyyət Nazirliyi, nə də özəl sektorun təşəbbüsü ilə bədiiləşdirilməyib.
Yenicag.az xəbər verir ki, bu barədə tanınmış rejissor Rza Rzayev (Drakon) çox təsirli yazı qələmə alıb.
Həmin yazını təqdim edirik:
“Estoniyada yaşayan bir eston biznesmen gürcü rejissordan xahiş etmişdi ki, pulum çox olmasa da, Abxaziyada yaşayan estonlar haqda bir film ssenarisi yaz, pulunu tapıb verəcəyəm…
Və bu eston biznesmenin sifarişi ilə dünyada çəkilən müharibə filmlərinin içində ən yaxşılarından biri – “Mandarinlər” filmi çəkildi.
Və dünya eston xalqını başqa tərəfdən tanıdı…
Və bu gün Azərbaycanın iki Milli Qəhrəmanının doğum günüdür –
Polad Həşimovun və Natiq Qasımovun.
Hər ikisinin həyatı film üçün ssenaridir.
Amma bu ölkədə eston biznesmen kimi bir biznesmenimiz (milli qanı, milli təəssübü olan) yoxdur ki, maliyyə ayıra, dəstək ola, bu qəhrəmanlarımız haqda film çəkilə!
Və hələ müharibə bitməyib və bitməyəcək, bölgəmiz təhdid altındadır…
Bu qəhrəmanlar nümunədir!
Və dünya bu qəhrəmanları film vasitəsilə tanımalı (başqa vasitə yoxdur) və anlamalıdır ki, Azərbaycana və azərbaycanlılara qalib gələ bilməyəcəklər!”
Amir Aqiloğlu












