Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bu işlərdə ölkə prezidentinin rolu çox böyükdür” – Qabil Hüseynli

Reklam: Sinerji Pro

“Qlobal pandemiya dönəmində ölkənin vəziyyətdən minimum itkilərlə çıxması üçün böyük işlər görüldü. Bu işlərdə ölkə prezidentinin rolu çox böyükdür. Bu gün də prezidentin həmin təşəbbüsləri davam etdirilir”.

Bu sözləri Yenicag az-a açıqlamasında politoloq Qabil Hüseynli qlobal pandemiya dönəmində dünya ölkələrinin həmrəyliyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bütün ölkələr pandemiyaya qəfildən yaxalandı. Buna görə də kifayət qədər mütəşəkkil həmrəylik ortaya qoya bilmədilər:
“Azərbaycan pandemiya zamanı maksimum həmrəylik göstərməyi bacardı, Türkdilli Ölkələrin (Türk Şurasının) videokonfransını keçirdi. Bu görüşdə koronavirusla bağlı məsələlər müzakirə edildi. Daha sonra yenə prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama hərəkatının “Biz COVID-19-a qarşı birlikdəyik” mövzusuna həsr olunan Zirvə videogörüşü keçirildi. Bu zirvə toplantısına BMT-nin Baş katibi, BMT Baş katibininin müavini də qatıldı. Ümumdünya Səhiyyə Təşkilatının sədri də konfransa qatılaraq, inkişaf etmiş və pandemiyaya mübtəla olan ölkələrin adını çəkdi. Buna görə Azərbaycana təşəkkürünü bildirdi. Çünki Azərbaycan iki dəfə ÜST-ə hər biri 5 milyon məbləğində yardım göstərib. Azərbaycan eyni zamanda Ukraynaya da yardım göstərdi. Eyni zamanda, öz ölkəsinin ərazisində də pandemiya təhlükəsinin artmasının qarşısını almaq, nəzarətdə saxlamaq üçün tədbirlər həyata keçirdi. Əhalinin sosial cəhətdən zəif təbəqələrinə yardım göstərildi ki, pandemiya ölkəmizə, insanlarımıza ciddi zərər vurmasın. Demək olar ki, buna nail ola bildik. Qlobal pandemiya dönəmində ölkənin vəziyyətdən minimum itkilərlə çıxması üçün böyük işlər görüldü. Bu işlərdə ölkə prezidentinin rolu çox böyükdür. Bu gün də prezidentin həmin təşəbbüsləri davam etdirilir”.

www.yenicag.az

416