Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu ixtisaslara qəbul olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na (təsnifatla bu linkdə tanış olmaq mümkündür) əsasən Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə aşağıdakı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək:

Fiziki tərbiyə müəllimliyi;

Rəqs müəllimliyi;

Aktyor sənəti;

Aşıq sənəti;

Bədii yaradıcılıq işi;

Dekorativ tətbiqi sənət (sahələr üzrə);

Dizayn (sahələr üzrə);

Heykəltaraşlıq;

Xoreoqrafiya sənəti (sahələr üzrə);

İnstrumental ifaçılıq (alətlər üzrə);

Kinooperator sənəti;

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);

Rəngkarlıq (sahələr üzrə);

Teatr dekor sənəti;

Vokal sənəti (sahələr üzrə).

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında dərc olunacaq.

www.yenicag.az

478