Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı

media-hightechnic-468x90

Tovuz rayonunun Qazıqulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Asif İdris oğlu Xalıqverdiyevə məxsus kafedə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin müəssisədə etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa