!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məhsulların ƏDV-ləri nəyə görə ləğv olunur? - AÇIQLAMA

!Reklam – Yazi

2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də “ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsindədir. Dəyişikliyə əsasən, cari il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.

Ölkədə alkoqollu içkilər və tütün məmulatlarına olan tələbatı nəzərə alsaq, bu dəyişikliklə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçıya görə, alkoqollu içkilər və tütün məmulatlarına tətbiq olunan ƏDV-nin ləğvi vətəndaşların pis vərdişlərdən uzaqlaşması üçün atılan bir addımdır:

“Azərbaycanda nağdsız ödəmələrə keçidlə bağlı müəyyən addımlar atılır. Bu addımlardan biri “ƏDV geri al” mexanizmidir. Bu mexanizmlə nağdsız ödənişlərin stimullaşdırılması prosesinə start verilib və istehlakçılar marketlərdən əldə etdikləri məhsula görə ƏDV-nin müəyyən hissəsini geri alırlar. Bu, ölkə iqtisadiyyatına və vətəndaşların maddi rifahına müsbət təsir edən bir amildir. Fikrimcə, bu prosesin konkret olaraq alkoqollu içkilər və tütün məmulatlarında nəzərə alınmaması vətəndaşların sağlamlığını düşünmək məqsədi daşıyır. Dünya ölkələrində içki və siqaretin zərərləri barədə etiketlər yapışdırılır, mübarizə rəsmi qaydada aparılır. O cümlədən, ölkəmizdə də pis vərdişlərə qarşı mübarizə metodları mövcuddur. Alkoqollu içkilər və tütün məmulatları ilə bağlı ƏDV-nin ləğvi mübarizə üsullarından biridir. ƏDV-nin ləğvi sözügedən mallarla bağlı istehlakçıların sayının azalmasına səbəb ola bilər. Çünki bu addımın bir çox vətəndaşlarımızın zərərli vərdişlərdən uzaqlaşmasına və ya zərərli vərdişlərə istiqamətlənməməsinə yol açması gözləniləndir. Alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin baha olması da nəzərə alınmalıdır. “ƏDV geri al” mexanizminin bu istiqamətdə tətbiq olunmaması gənc nəslin sağlam şəkildə böyüməsinə də müsbət təsir edəcək”.

Gülşən Şərif

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv