Bu mobil tətbiqlərdən gələn mesajları açmayın – Pullarınızı OĞURLAYACAQLAR

media-hightechnic-468x90

Türkiyədə bir çox tətbiq genişmiqyaslı kiberhücumun hədəfi olub.

Yenicag.az xəbər verir ki, “Fənərbağça” klubu, Türkiyə “İş Bankı”nın rəqəmsal ödəniş platforması “Nays”, “Domino’s Pizza Türkiyə” və “LCW” mobil tətbiqləri kiberhücuma məruz qalıb.

Hücumdan sonra bir çox istifadəçinin telefonuna “NO SYSTEM IS SAFE” (“Heç bir sistem təhlükəsiz deyil”) mesajı göndərilib.

hücumun təsiri xüsusilə “Nays” istifadəçiləri tərəfindən hiss olunub. Tətbiqə daxil olmaq istəyən bəzi istifadəçilər hesablarına daxil ola bilmədiklərini və hesab məlumatlarının icazəsiz dəyişdirildiyini iddia ediblər. Bundan əlavə, bəzi istifadəçilər hesablarındakı vəsaitlərin özlərindən xəbərsiz başqa hesablara köçürüldüyünü bildiriblər.

Bu hadisələr istifadəçi məlumatlarının oğurlanması ilə bağlı narahatlıqları artırıb. Hələlik bu barədə dəqiq bir açıqlama verilməsə də, mütəxəssislər şəxsi məlumatların təhlükə altına düşə bilmə ehtimalı barədə xəbərdarlıq edirlər.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa