“Delta Telecom” MMC-də şirkətin internetlə təchiz etdiyi provayderlərin və güc strukturlarının nümayəndələrinin iştirakı ilə təcili toplantı keçirilib.
Yenicag.az xəbər verir ki, toplantıda kiberhücumlara qarşı mübarizə, təhlükəsizlik məsələləri müzakirə edilib.
Ümumilikdə, 100-ə yaxın şəxsin qatıldığı tədbirdə “Delta Telecom” üçün hazırlanmış yeni təhlükəsizlik sistemi təqdim edilib. “İskratel” MMC-nin ərsəyə gətirdiyi sistem kiberhücumlara qarşı mübarizə aparmağa imkan verəcək.
“İndiyə qədər provayderlər ayrı-ayrılıqda özlərinin və müştərilərinin təhlükəsizliyini qoruyurdular, amma yeni sistemin sayəsində kiberhücumlarının qarşısı “Delta Telecom”da alınacaq”, – deyə toplantıda qeyd olunub.
Tədbir iştirakçıları ölkədə internet xidmətinin ucuzlaşdırılmasını da müzakirə edilib. “Delta Telecom”un nümayəndəsi bildirib ki, internet tariflərinin azaldılması hələ ki, gündəmdə deyil. Xatırladaq ki, şirkət bu ilin mayında provayderlərə təqdim olunan internetin qiymətində təxminən 70% endirim olacağını açıqlamışdı./Report/
www.yenicag.az