Bu müəssisələr iyun ayına qədər AÇILMAYACAQ

“Məktəbəqədər təhsil müəssisələri və dövlət uşaq bağçalarının bərpası növbəti tədris ilində mümkün olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Ceyhun Bayramov qeyd edib ki, yay aylarında məktəbəqədər təhsil müəssisələrinin, dövlət uşaq bağçalarının açılması nəzərdə tutulmur:

“Sözügedən müəssisələrdə iyun ayına qədər açılış olması barədə müsbət rəy yoxdur”.

Gülşən Şərif