Bu ölkə Ukrayna üçün xüsusi avtomat hazırladı
Çexiyanın “Esk zbrojovka” şirkəti Ukraynadakı döyüşlər nəzərə alınmaqla yeni BREN3 avtomatı istehsal edib.
Yenicag.az xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.
Bildirilib ki, BREN3 avtomatı döyüş meydanındakı əsgərlərin istəkləri əsasında hazırlanıb. Əsas diqqət yeni modelin möhkəmliyi və davamlılığına yönəlib.
BREN3 iki versiyada istehsala buraxılacaq – NATO çaplı 5.56 və 300 AAC Blackout.
İsyehsalçılar bildirib ki, BREN3 artıq Ukraynada istifadədədir.