!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkə Ukraynaya 6 milyon avro ayıracaq

!Reklam – Yazi

2024-cü ildə Latviya Ukraynada infrastrukturun inkişafına dəstək üçün 6 milyon avro ayıracaq.

Yenicag.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” hökumət portalına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə də analoji məbləğdə dəstəyin veriləcəyi gözlənilir.

Ukrayna İcma İnkişafı Nazirliyinin nümayəndələri ilə Latviyanın iqtisadiyyat naziri Viktors Valainisin rəhbərlik etdiyi Latviya nümayəndə heyəti arasında keçirilən görüşdə tərəflər ölkələr arasında təchizat zəncirlərinin inkişafı, əlverişli maliyyə-iqtisadi şəraitin yaradılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın stimullaşdırılması məsələlərini müzakirə ediblər.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv