Bu ölkədə meymun çiçəyinə yoluxanların sayı ÇOXALDI

media-hightechnic-468x90

Qərbi Afrika ölkəsi Qanada meymun çiçəyi (mpox) virusuna yoluxanları sayı artmaya davam edir.

Yenicag.az xəbər verir ki, Qana Səhiyyə Servisi (GHS) tərəfindən edilən açıqlamaya görə, son günlərdə 11 yeni yoluxma halı qeydə alınıb və bununla da 2025-ci ilin may ayından bəri ümumi yoluxma sayı 197-yə çatıb.

Açıqlamada, bu artımın “sabit, lakin idarəolunan” olduğu qeyd edilib və ölkə miqyasında xəbərdarlıq vəziyyətinin qorunmasının vacibliyi vurğulanıb. GHS virusla mübarizə məqsədilə ictimai maarifləndirmə kampaniyalarının gücləndirildiyini və əhali arasında virusla bağlı məlumatlılığın artırıldığını bildirib.

Xatırladaq ki, hökumət 19 may tarixində ölkədə bu il ilk dəfə 4 nəfərdə “mpox” virusunun aşkarlandığını açıqlamışdı. Nəticədə, yüksək risk qrupları üçün peyvənd kampaniyası başladılıb.

Səhiyyə orqanları əhalini ehtiyatlı olmağa və rəsmi məlumat mənbələrindən gələn tövsiyələrə əməl etməyə çağırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600