Reklam: High Technic
hightechnic

Bu ölkədə prezidentlik ləğv olunacaq-Sensasion qərar

809İraqda günlərdir davam edən etirazlardan sonra baş nazir Heydər əl İbadi köklü dəyişikliklərə gedəcəklərini açıqlayıb.

İbadi İraqda prezidentlik və baş nazir müavinləri vəzifələrinin ləğv olunacağını bəyan edib.

Baş nazir həmçinin bütün keçmiş və indiki «korrupsiya dosyelərinin» təkrar araşdırılacağını bildirib. Bu məqsədlə ölkədə peşəkar hakimlərdən ibarət komitə də yaradılacaq.
İbadi bütün dövlət qurumlarında istisna hallar üçün nəzərdə tutulan büdcənin ləğv ediləcəyini də açıqlayıb.
Baş nazirin bu təlimatlarının gerçəkləşməsi üçün ölkə parlamentindən təsdiqləyici qərar gəlməlidir.
Neft qiymətlərindəki azalma, İŞİD-lə mübarizə, yanlış idarəetmə və korrupsiya İraqdakı iqtisadi böhranı bir az dərinləşdirib. Bağdad, Misan, Babil, Divaniyyə, Basra, Kut, Kərbəla, Nəcəf, Süleymaniyə və Kərkükdə günlərdir əhali küçələrə çıxaraq etiraz aksiyaları keçirir.

Yerli mətbuat iddia edir ki, baş nazirin məlum qərarı məhz kütləvi etiraz dalğasının qarşısını almaq üçündür.

Qeyd edək ki, İraq prezidenti Fuad Masumun Nuri əl Maliki, Usamə əl Nuceyfi və İyad Allavidən ibarət üç köməkçisi var. Eyni zamanda, baş nazir İbadi də üç köməkçiyə sahibdir.

www.yenicag.az

81