Bu ölkədə turistlərə geyim qadağası tətbiq olunur
Malayziyanın kurort ştatı hesab edilən Trenqanu əcnəbi turistlərə “uyğunsuz geyimlər”dən qaçmağa dair çağırış edib.
Yenicag.az trend-ə istinadən xəbər verir ki, yeni təlimata əsasən, qadınlar həddən artıq açıq-saçıq geyinməməli və açıq çimərlik paltarlarından çəkinməlidirlər. Hərçənd bir çox turist bura Cənubi Çin dənizinin çimərliklərində gözəl peyzajdan zövq almağa gəlir.
Tövsiyələr arasında yerli qadın müsəlmanların fikirlərinin öyrənilməsi də yer alıb. Bununla belə, hökumət İslam normalarına uyğun geyinməyi tələb etmir və normaları pozmağa görə cinayət məsuliyyəti ilə hədələmir.