!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələrdə kredit riski yüksək və ya çox yüksək olaraq təsnif edilir

!Reklam – Yazi

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelin uzunmüddətli yüksək faiz siyasəti ilə bağlı açıqlaması inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına ciddi təsir edəcək.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, Nyu-Yorkda fəaliyyət göstərən “S&P Global” maliyyə analiz şirkəti Türkiyə, Cənubi Afrika və Argentinadakı maliyyə qurumlarının kredit riskini yüksək və ya çox yüksək olaraq təsnif edib.

Bununla yanaşı, Çin, Hindistan və İndoneziya da daxil olmaqla, bir çox ölkədə maliyyə qurumlarının kredit riski yüksək və ya həddindən artıq yüksəkdir.

Kornell Universitetinin İqtisadiyyat professoru Esvar Prasada görə, FED-in faiz artımı borclanma xərclərini artırır. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrin risk ehtimalını artırır və onların borc almasını daha da çətinləşdirir.

Qeyd edək ki, yüksək faiz dərəcələrinin dolların inkişaf etməkdə olan iqtisadiyyat valyutaları qarşısında dəyərini, idxal xərclərini və inflyasiya təzyiqini artıracağı proqnozlaşdırılır.

Gülşən

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv