“Bu proses bundan sonra da davam edəcək”
Həll prosesi məsələsində qəti qərarlıyıq.
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
“PKK ilə danışıqlar davam edə bilər. Amma heç kim həll prosesindən istifadə edərək, Türkiyədəki ictimai asayişi pozmağa cəhd etməsin. Heç kim Şərqi və Cənub-Şərqi Anadoluda yaşayan kürd vətəndaşlarımızı istismar edərək və ya onlara zülm edərək, həll prosesinə mane olmağa cəhd etməsin. Bu məsələdə fikrimiz qətidir. Bu proses bundan sonra da davam edəcək.”, – türkiyəli hökumət başçısı belə deyib.