!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qüvvələr Trampın hakimiyyətə gəlməsinə qarşı – ABŞ dövləti dönülməz proseslərə başlayır

!Reklam – Yazi

“Donald Trampın keçən prezidentliyi dövründə yürüdülən siyasət dünya miqyasında ABŞ-nin maraqlarına zərbə vurdu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq ABŞ-nin sabiq vitse-prezidenti Mayk Pensin Donald Trampa bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qeyd edək ki, M. Pens açıqlamasında söyləyib ki, Trampa səs verməsinə vicdanı əl vermir.

A.Qasımovun sözlərinə görə, Tramp hakimiyyətə gəlməmişdən bəyan etmişdi ki, ABŞ daha çox öz daxili problemləri ilə məşğul olmalıdır:

“Avropa NATO-ya daha çox maddi dəstək olmalıdır. Tramp ABŞ-nin beynəlxalq təşkilatlara yardımlarını azaltmış, bəzi təşkilatlardan geri çəkilmişdi. Bu da ABŞ-nin superdövlət kimi statusuna böyük zərbə vurmuşdu. Görünən odur ki, Mayk Pensin Tramp barəsində dediyi fikir onu yaxından tanıması ilə əlaqəli olub. Hər halda, Trampı Pensdən yaxşı tanıyan az adam olar”.

Onun sözlərinə görə, ABŞ dövləti çox şəbəkəli və idarəli idarəçilik sisteminə sahibdir:

“Dərin dövlət” anlayışı ABŞ-də dövlətin idarəsində ən çox rol alan anlayışdır. Görünən odur ki, Trampın hakimiyyətə gəlməsinə razı olmayan qüvvələr hesab edirlər ki, onun bir daha hakimiyyətə gəlməsi ABŞ dövləti üçün dönülməz proseslərə başa gələcək. Tək o hal kifayət edir ki, Trampın hakimiyyətə gəlməsi durumunda ABŞ-nin NATO-dan çıxması danışılır. Bu, bütün dünya düzəninin pozulması anlamına gəlir.

Hesab edirəm ki, Trampın hakimiyyətə gəlməsinə imkan verilməyəcək. O, hakimiyyətə gəlsə belə, sui-qəsdlə aradan götürüləcək. Çünki Tramp bir çox qüvvələr üçün arzuolunmaz fiqurdur”.

Rafi Müslümov

COP29

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv