"Bu repressiyaya məruz qalmış alimlərin xatirəsinə hörmətin ifadəsidir" - DEPUTAT

media-hightechnic-468x90

“Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə mühüm qərarlar qəbul edildi və bu istiqamətdə vacib təkliflər səsləndirildi”.

media-435888

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib.

O, Prezident İlham Əliyevin gələn il birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifini önə çəkərək bildirib ki, bu, olduqca vacib təşəbbüsdür:

“TDT milli və dil identikliyi əsasında ortaq etnik birliyə əsaslanan təşkilatdır. Buna görə də bu 100 illik yubileyin qeyd olunması ortaq dilimizə, yaddaşımıza və orfoqrafiyamıza qayıdış baxımından mühüm addımdır. 1926-cı ildə keçirilən ilk qurultaydan sonra orada iştirak edən böyük türk ziyalılarının əksəriyyəti sovet rejimi tərəfindən repressiyalara məruz qalmışdı. Azərbaycan Prezidentinin bu təklifi həm də böyük qədirşünaslıq nümunəsidir, Türk birliyi uğrunda çalışmış alimlərin xatirəsinə dərin hörmət ifadəsidir. Bu təşəbbüs, eyni zamanda, TDT çərçivəsində humanitar bağların daha da möhkəmlənməsinə xidmət edəcək”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa