Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu sahədə ən müasir təcrübəni tətbiq etmək prioritetə çevrildi – Eldar Mirzəliyev

Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edərək şanlı Qələbə qazandı. Biz bu tarixi missiyanı yerinə yetirərək region üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaratmış olduq. Ölkəmizdə də inkişafın yeni dövrünə qədəm qoymaq üçün imkanlar yarandı. Bütün sahələrdə, o cümlədən idarəetmə və siyasi islahatlar sahəsində ən müasir təcrübəni tətbiq etmək aparılan uğurlu siyasətin prioritetlərindən birinə çevrildi.

90-cı illər hər kəsin yaxşı yadındadır. O dövrdə hakimiyyətdə olanlar öz çıxışlarında müstəqil dövlətdən, onu möhkəmləndirmək və qorumaqdan danışsalar da, əməldə sözlərini heç tuta bilmədilər.  Azərbaycan xalqı uzun illərdən sonra yenidən öz müstəqilliyinə qovuşmasına baxmayaraq, parçalanma, müstəmləkə təhlükəsi hələ də davam edirdi. Ölkədə baş verən hadisələr bu təhlükəni daha da artırırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhd hadisələrində Heydər Əliyev özünün qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi.

Ölkəmizin 1991-ci ildən etibarən öz müstəqilliyini bərpa etməsinə, SSRİ-nin tərkibindən ayrılmasına baxmayaraq bütün sahələrdə, o cümlədən idarəetmə sahəsində və milli qanunvericiliyin formalaşması istiqamətində işlərin aparılması ulu öndər Heydər Əliyevin  gəlişindən sonra başladı. Bu gün bu uğurlu siyasət daha güclü bir dövlət olmaq naminə dövrün tələblərinə uyğun olaraq davam etdirilir.

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası onun  1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə qayıdışı ilə yeni mərhələyə qədəm qoydu. Həmin dövrdə Yeni Azərbaycan Partiyası qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Yeni Azərbaycan Partiyası bu missiyanı olduqca yüksək səviyyədə, şərəflə yerinə yetirə bildi və bu gün də yerinə yetirməkdədir. Əbəs yerə o, dünənin, bu günün, sabahın partiyası adlandırılmır.

Möhkəm təməllər üzərində qurulan Azərbaycan 2003-cü ildən sonra özünün inkişaf mərhələsini davam etdirməyə başladı. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 17 il ərzində müxtəlif tarixi uğurlara imza atdı. Onun yürütdüyü daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qalib və mübariz dövlət kimi dünyaya tanınır.

Bu gün Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır və Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Müstəqil Azərbaycan tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını xalqla olan vəhdətindən əldə etmişdir.

Mən deyərdim ki, Yeni Azərbaycan Partiyası elə Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf etməkdədir. Bu səbəbdən də yeni dövrdə də ölkəmizdə gedən proseslərin tam mərkəzində olacaqdır və “Böyük qayıdış” proqramının icrası zamanı maarifləndirmə və  digər proseslərdə yaxından iştirak edəcəkdir.

Hal – hazırda işğaldan azad edilmiş ərazilərdə müvəqqəti xüsusi idarəetmə təşkil olunmuşdur. Tezliklə erməni vandalizminə məruz qalmış ərazilərimiz bərpa olunduqdan sonra tam dövlət idarəetmə formasına keçiriləcəkdir. Bu zaman müvafiq icra  və  yerli özünüidarəetmə orqanları formalaşacaqdır, bələdiyyə seçkiləri baş tutacaqdır. Öz torpaqlarına qayıtmış soydaşlarımız öz seçki hüquqlarından istifadə edəcəkdir. Bu səbəbdən onların indidən marifləndirilməsinə ehtiyac var. Dövlət və bələdiyyə idarəetməsi sahəsində təcrübəli bir şəxs kimi bu prosesdən yaxından iştirak etməyə hazırıq.

 

Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü,

Hüquq Məsələləri Daimi Komissiyasının sədri 

Eldar Mirzəliyev

Loading...

www.yenicag.az

674
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100