!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu şəxslərə avtobus bileti satılmır

COVID-19 pasportu və ya digər müvafiq sənədləri olmayan şəxslərə Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) və regionlarda avtovağzallarda bilet satılmır. Bilet almaq üçün COVİD pasportu, immun sertifikatı və ya əks-göstəriş sertifikatı olmalıdır.

Bu barədə Yenicag.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, COVİD pasportu olmayan şəxslər BBAK-da yaradılmış stasionar məntəqədə vaksin olunaraq bilet ala bilər. Vətəndaşlar üçün bu şərait də təmin olunub.

Qeyd edilib ki, ümumilikdə COVID-19 pasportu olmadan bilet almaq üçün müraciət edənlərin sayı çox azdır. Vətəndaşlar məsələ barəsində məlumatlıdırlar və ona görə də pasportu olmayıb bilet almağa gələnlərın sayı minimum səviyyədədir. Digər tərəfdən, vətəndaşların çoxu artıq vaksin olunub.

www.yenicag.az

138
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100