Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu şəxslərin də təqaüdü veriləcək

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

www.yenicag.az

269