!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şirkətlərə əlavə vergilər tətbiq ediləcək

!Reklam – Yazi

Avropa İttifaqının enerji şirkətlərinin həddindən artıq artan gəlirlərinə əlavə vergilər tətbiq oluna bilər.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib.

Onun sözlərinə görə, yeni qərar 140 milyard avrodan çox gəlir əldə etməyə imkan yaradacaq. Nəzərdə tutulan tənzimlənmə nəticəsində əldə olunan gəlir üzv ölkələrin enerji böhranı ilə mübarizəsi üçün istifadə olunacaq.

“Bizim sosial bazar iqtisadiyyatımızda mənfəət yaxşıdır. Mənfəət paylaşılmalı və ona ən çox ehtiyacı olanlara yönəldilməlidir”, – deyə Leyen açıqlamasında bildirib.

Gülşən

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv