Bu tarixədək Qarabağda 140 min sakin məskunlaşacaq

media-hightechnic-468x90

2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.

“Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.

Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir”, – deputat bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600