Bu universitet müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

media-hightechnic-468x90

Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə 2023-cü ildə təsis edilmiş “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd proqramı” elan edib.

Universitetdən Yenicag.az-a bildirilib ki, bu təşəbbüs BSU-da müəllimlik ixtisaslarına oğlan tələbələri cəlb etmək, onların pedaqoji fəaliyyətə marağını artırmaq, stimullaşdırmaq və təhsildə gender balansının qorunmasına töhfə vermək məqsədinə xidmət edir.

Daxili təqaüd proqramı ayda 200 AZN olmaqla, universitetinin qeyd olunan ixtisalarına qəbul olan və 450 baldan yuxarı bal toplayan oğlan tələbələr üçün nəzərdə tutulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa