!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu xanım tanınmış təşkilatın sədri seçildi - FOTO

!Reklam – Yazi

AGAT-ın 4-cü yeni sədri seçilib. 

Yenicag.az xəbər verir ki, oktyabrın 15-də Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaqda təşkilatın gördüyü işlər və gələcək prespektivləri müzakirə olunub.

Toplantının əsas məqsədi AGAT-a yeni sədrin seçilməsi və təşkilatın idarə heyətinin seçilməsi olub.

Ümumi Yığıncağın yekdil qərarı ilə Məryam Tağıyeva-Zeynalova AGAT-a sədr seçilib. O, bu vəzifədə Lalə Mehdiyevanı əvəzləyib.

Qeyd edək ki, təşkilatın nizamnaməsinə uyğun olaraq sədrin səlahiyyət müddəti 2 ildir. Onu da deyək ki, Məryam Tağıyeva-Zeynalova AGAT-ın 12 illik fəalyyəti dövründə sayca 4-cü sədridir. Yeni xanım sədr bu təyinatdan sonra təşkilatın ölkədə və xaricdə fəaliyyətini daha da genişləndirəcəyini bildirib. Onun sözlərinə görə, bu sahədə yeni tədbirlər planı hazırlanacaq və ictimaiyyət bu haqda intensiv məlumatlandırılacaq. Daha sonra Yığıncaqda təşkilata idarə heyətinin yeni üzvləri də seçilib.

Yenicag.az yeni sədr haqqında məlumatı təqdim edir:

AGAT-ın yeni siması Məryam 2010-2014-cü illərdə Bakı Dovlət Universitinin Tətbiqi Riyaziyyat fakültəsini bitirib. Magistratura təhsilini B. Brianiyanın Warwick universitində davam etdirib.

Ali məktəbin Siyasi Beynəlxalq Tətqiqatlar fakültəsinin məzunudur. 2012-ci ildən AGAT-ın üzvüdür. Təşkilatın Beynəlxalq Gənc Siyasətçilər məktəbinin layihə koordinotu olub, 10-dan çox Avropa ölkəsində Azərbaycanı layiqincə təmsil edib.

Xatırladaq ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi 05 may, 2007-ci il tarixində təsis edilmişdir və 03 iyul, 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

Birliyin əsas məqsədi Azərbaycan və Avropa ölkələri arasında təməli qoyulmuş elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifləndirmə işi aparmaq və gənclərimizin Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal təmsil və iştirak etmələrinə yaxından köməklik göstərməkdir./AZXEBER.COM/

www.yenicag.az

1748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv