Bu yolda “Oyunlar zolağı” yenidən rənglənir
Bu gecə Moskva prospektində “Oyunlar zolağı”nın yenidən rənglənəcəyi bildirilir.
Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Moskva prospektində, daha dəqiqi “20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən əraziyədək və əksinə, prospektin “20 Yanvar” dairəsinə düşən yan yollarında “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.
Rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Yəni rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər(qafqazinfo).