Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu yollarda hərəkət çətinləşdi - Avtobuslar gecikir

Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hazırda bu küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

1. H.Əliyev prospekti (şəhər mərkəzi istiqaməti, kənar yol)

2. Q.Qarayev prospekti

3. H.Zərdabi küçəsi (20 Yanvar dairəsi istiqaməti)

4. Z.Bünyadov küçəsi (20 Yanvar dairəsi istiqaməti),

5. Ü.Hacıbəyov küçəsi

6. Ə.Yaqubov küçəsi (Bayıl dairəsi)

7. A.Şərifzadə küçəsi

8. M.Füzuli küçəsi.

Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr var.

www.yenicag.az

185