Bu yollardan istifadə etməyin!
Məhdudiyyət Avropa Oyunlarına hazırlıq məqsədi ilə keçiriləcək sınaq tədbiri ilə əlaqədardır
Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
Məlumata görə, eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.