!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bugünkü görüşdən əsas gözləntimiz Ermənistanın...” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın şıltaqlıqları yalnız Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsinə deyil, Cənubi Qafqazda gərgin vəziyyətin daim qalmasına səbəb olacaq”.

Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün keçiriləcək görüşündən gözləntilərini səsləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, iki ölkə lideri arasında keçiriləcək görüşdən əsas gözləntimiz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir:

“Görüşdən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təzyiqlər daha da çoxaldılmalı, ciddi işlər görülməlidir. Əks təqdirdə Ermənistanın şıltaqlıqları yalnız Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb olmayacaq. Bu hal həm də Cənubi Qafqazda gərgin situasiyasının daimi qalmasına səbəb ola bilər.

Bütün gərgin məsələlərdən və proseslərdən yeganə qurtuluş yolu ədalətin təmin edilməsidir. Ədalətin təmin edilməsi üçün isə Avropa İttifaqı, müxtəlif beynəlxalq təşkilatlar və qurumlar Ermənistanın Rusiyanın və başqa qüvvələrin təhriki ilə vəziyyəti gərginləşdirən addımlarının qarşısını almalıdır.

İstənilən halda həm sərhədlərin delimitasiya və demarkasiyasının müzakirəsi, həm də yekun sülh və digər vacib məsələlərlə bağlı Azərbaycan və Ermənistan arasında görüşlərin müxtəlif platformalarda davam etdirilməsi təqdir ediləndir. Bu kimi görüşlər böyük əhəmiyyətə malikdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv