!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Buna görə aktrisalar ümidsizliyə qapılır” – ŞANS, yoxsa İSTEDAD?

!Reklam – Yazi

“Əlbəttə, məişət problemləri olanda hər filmə çəkilməyə razı olursan. Amma məişət problemi az olanda seçici olursan”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova deyib.

O, “aktrisa üçün hansı daha önəmlidir; şans, istedad, yoxsa gözəllik” sualını cavablandırıb:

“Bu yaxınlarda Səidə Haqverdiyevanın “40-dan sonra” adlı qısametrajlı bir filminə çəkildim. Yaşı 40-ı ötmüş aktrisalara həsr olunan bir filmdir. Çox aktual bir mövzudur. Zaman keçəndən sonra sən çox tələbatlı aktrisa olmalısan ki, hər filmə çəksinlər, dəvət etsinlər. Mənə elə gəlir ki, istedadlı insanlar tənbəl olur. Onlar öz istedadlarına arxayın olur və hesab edirlər ki, hər zaman onlara tələbat olacaq. Amma şanslı insanlar bütün şanslarından istifadə edirlər”.

Onun sözlərinə görə, bəzən də elə aktyorlar barədə deyirlər ki, istedadı azdır, amma əziyyəti, əzmi, təcrübəsi çoxdur:

“Hər şey həm şansdan, həm istedaddan, həm də insanın özündən asılıdır. Çünki çox vaxt aktrisaları müəyyən filmlərə, seriallara dəvət edirlər, amma onlar çəkilməkdən imtina edir. Hesab edirlər ki, istedadlıdırsa, hər zaman onlara tələbat olacaq. Amma həmişə belə olmur. Mənə elə gəlir ki, insanın özündən, işləməyindən, peşəyə olan münasibətindən çox şey asılıdır. Təəssüf ki, bizim məmləkətdə, tutalım, Türkiyədə olduğu kimi serial sektoru o qədər geniş deyil ki, hamı çəkilsin. Oradakı qazanclarla bizim qazanc arasında da fərq böyükdür. Məsələn, onların aktrisaları hansısa reklam şirkətlərinin siması olur, filmə çəkilməsələr belə, qazanc əldə edirlər. Amma bizdə serial, film sektoru geniş olmadığından rəqabət də olmur”.

“Aktrisaların əksəriyyəti ümidsizliyə qapılır. Bizdə teatr daha çox inkişaf edib, teatr aktrisaları daha çox tələbatlıdır, öz işləri var. Nəinki film, serial sektorunda… Bir məsələ də var ki, gündəmdə qalmaq, yaddan çıxmamaq üçün sənə verilən hər rola da çəkilmək olmur. Peşəkar aktrisa sənətində bəlli bir mərhələyə gəlib çatır və seçici olur. Əlbəttə, məişət problemləri olanda hər filmə çəkilməyə razı olursan. Amma məişət problemi az olanda seçici olursan”, – deyə o, fikirlərini tamamlayıb.

Cəvahir

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv